RU
Prezident olmaq üçün saxta sənəd düzəldib - Həkimindən etiraf
15:16
691

Prezident olmaq üçün saxta sənəd düzəldib - Həkimindən etiraf

ABŞ prezidenti Donald Trampın keçmiş həkimi Harold Bornşteyn illər sonra maraqlı etiraf edib.

7news.Az  xarici mediaya istinadən xəbər verir ki, Harold 2015-ci ildə prezident seçkiləri ərəfəsində Trampa sağlamlıq haqqında saxta arayış verdiyini boynuna alıb. Onun sözlərinə görə, Ağ Ev rəhbəri həmin arayışı zorla yazdırıb:

"Bütün mətni Tramp özü diktə edib”.

 

Arayışa görə, Tramp prezidentlik postu üçün kifayət qədər sağlam olub. 2017-ci ildə isə prezidentin cangüdənləri Bornşteynin ofisinə basqın edərək Trampa aid bütün tibbi sənədləri müsadirə ediblər. Haroldun illər sonra bu etirafı etməsinin isə səbəbi bilinmir. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ