RU
Prezident Paralimpiya Komitəsinə 500 min manat ayırdı
17:09
381

Prezident Paralimpiya Komitəsinə 500 min manat ayırdı

Prezident İlham ƏliyevAzərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb.

Müvafiq sənədi aprelin 4-də AZƏRTAC dərc edib.

Sənədə əsasən, Azərbaycanda Paralimpiya hərəkatının daha da inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasını möhkəmləndirmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Komitəyə 500 000 (beş yüz min) manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ