RU
Prezident Qaribaşvili ilə təkbətək görüşdü
21:15
432

Prezident Qaribaşvili ilə təkbətək görüşdü

Bu gün Azərbaycanın Prezidenti İlham Əliyevin Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olub.

Görüşdə ölkələrimiz arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimizin uğurla inkişaf etdiyi bildirilib. Energetika, infrastruktur, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.

Gürcüstanın Baş naziri ölkəmizdə parlament seçkilərinin yüksək səviyyədə keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

7news.az

 

Prezident Qaribaşvili ilə təkbətək görüşdü - Fotolar
Prezident Qaribaşvili ilə təkbətək görüşdü - Fotolar

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ