Tacikistan prezidenti Emomali Rahmon qızı Ozoda Rahmonu Prezident Aparatının rəhbəri təyin edib.
Bu barədə məlumatı Tacikistan dövlət başçısının mətbuat xidməti yayıb.
Qeyd edək ki, Ozoda Rahmon daha əvvəl Tacikistanın xarici işlər nazirinin birinci müavini vəzifəsində çalışıb.
Yeni vəzifədə o, Baxtiyer Xudoyerzodanı əvəz edib. Xudoyerzodanın namizədliyi isə Mərkəzi Komissiyanın sədri vəzifəsinə irəli sürülüb./azvision
7news.az








