Yaxın günlərdə Prezident İlham Əliyev Salyan rayonuna səfər edəcək.
7news.Az-ın məlumatına görə, səfər zamanı ölkə başçısı rayonda aparılan abadlıq-quruculuq işləri ilə tanış olacaq, bir sıra yeni müəssisələrin açılış mərasimində iştirak edəcək.
Hazırda Salyan rayon İcra Hakimiyyəti Prezidentin səfərinə hazırlıq işləri həyata keçirir.
7news.Az








