Bu gün prezident İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
7News.Az xəbər verir ki, ölkə başçısının sərəncamı ilə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Axundova Ceyran Allahyar qızı "Tərəqqi” medalı ilə təltif edilib.
Qeyd edək ki, Ceyran Axundova aprel döyüşlərində şəhid olan əsgər Əbdülməcid Axundovun anasıdır.








