RU
Prezident şəhid pilotların üçünü də təltif edib - FOTOLAR
14:09
1172

Prezident şəhid pilotların üçünü də təltif edib - FOTOLAR

2-5 aprel tarixlərində cəbhə xəttində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan pilotlarımızın üçü də təltif edilib.

Şəhid pilotlarımız mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş-leytenant Əbubəkir İsmayılov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeninə layiq görülüblər. 



Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə hərbçilərin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri adlara layiq görülüb, orden və medallarla təltif olunub./azvision

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ