RU
Prezident şəhidlərin ailə üzvlərinə başsağlığı verdi
13:59
440

Prezident şəhidlərin ailə üzvlərinə başsağlığı verdi

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin dəfn mərasimi zamanı telefon vasitəsilə şəhid hərbi qulluqçuların ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

 

7News.Az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Qeyd edək ki, iyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi keçirilib. Onlar bu gün İkinci Fəxri Xiyabanda dəfn olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ