RU
Prezident siyahıda dəyişikliklər etdi
21:30
1096

Prezident siyahıda dəyişikliklər etdi

Dövlət başçısı sənəd imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

7news.Az-ın məlumatına görə, dəyişikliklərə əsasən, siyahının “Qeydiyyata alınan əmlak növləri” sütununda 4-cü hissə aşağıdakı redaksiyada verilir:

“Traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələri”.

5-ci hissə aşağıdakı redaksiyada verilir:

“Texnoloji nəqliyyat vasitələri, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin II hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələri”.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ