RU
Prezident Ştaynmayer və Andjey Duda ilə görüşüb
09:40
1256

Prezident Ştaynmayer və Andjey Duda ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də Varşavada Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer ilə görüşüb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında geniş fikir mübadiləsi aparıldı.

Ölkə başçısının, həmçinin Polşa Respublikasının Prezidenti Andjey Duda ilə görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib. Azərbaycan ilə Polşa arasında ötən dövrdə əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub. Müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadiyyat, enerji, təhlükəsizlik, nəqliyyat və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Azərbaycanın NATO və Avropa İttifaqı ilə əməkdaşlığı, Əfqanıstana müxtəlif sahələrdə Azərbaycanın dəstəyi və bir sıra digər məsələlər müzakirə olunub.

7News.Az



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ