Prezident İlham Əliyev "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında” Sazişə dəyişikliklər edilməsinə dair Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Qeyd edək ki, sənəd 2022-ci il noyabrın 10-da Səmərqənd şəhərində imzalanıb.
Bundan başqa, dövlət başçısı "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu da təsdiqləyib.
Bu sənəd 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanıb.








