RU
Prezident telefon zənglərinə cavab verməyən səfiri işdən qovdu
15:00
393

Prezident telefon zənglərinə cavab verməyən səfiri işdən qovdu

Şri-Lankanın prezidenti Maytripala Sirisena ölkənin Avstriyadakı səfirini və 6 səfirlik əməkdaşını vəzifəsindən qovub.

7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb səfirin onun telefon zənglərinə cavab verməməsi olub. Sirisena səfirliyin Vyanadakı ofisinə saatlarla zəng etsə də, dəstəyi götürən olmayıb.

Bu hadisədən sonra o, səfirlə birlikdə 6 işçini vəzifəsindən kənarlaşdırıb. Prezident bunun digər səfirliklərə "dərs olacağı”na ümid etdiyini deyib. 

 

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ