RU
Prezident təqaüdçüsü olan kapitan vəfat etdi (FOTO)
10:30
124

Prezident təqaüdçüsü olan kapitan vəfat etdi (FOTO)

Veteran dənizçi, kapitan, Prezident təqaüdçüsü Aslan Musayev 91 yaşında vəfat edib.
7News.Az bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) istinadən xəbər verir.

Məlumata görə, mərhum sabah dəfn olunacaq.

ASCO rəhbərliyi və kollektivi həmkarlarının doğmalarına başsağlığı verir, Allahdan rəhmət diləyir.

Xatırladaq ki, Aslan Musayev 1952-ci ildən 2009-cu ilədək fasiləsiz gəmiçilik sahəsində müxtəlif vəzifələrdə çalışıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ