RU
Prezident və parlament seçkilərinin tarixi açıqlandı
10:53
292

Prezident və parlament seçkilərinin tarixi açıqlandı

Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) Konstitusiyaya təklif etdiyi dəyişikliklər parlamentinin Konstitusiya Komissiyasında qəbul edilib.

7News.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, Konstitusiyanın 18 maddəsində dəyişiklik ediləcək.

Daha əvvəl Konstitusiyanın 21 maddəsində dəyişiklik təklif edilsə də, sonradan onların sayı 18-ə endirilib. AKP-nin təklif etdiyi dəyişikliklərin qəbul edilməsi ilə növbəti parlament və prezident seçkilərinin tarixi də dəqiqləşib. Seçkilər 2019-cu il noyabrın 3-də keçiriləcək.

Təklifin qəbul dəyişikliklərə əsasən Türkiyə Böyük Millət Məclisindəki (TBMM) millət vəkillərinin sayı 550-dən 600-ə çıxarılacaq. Millət vəkili seçilməsi üçün qoyulan yaş senzi 25-dən 18-ə endiriləcək. Parlament və prezident seçkiləri 5 ildən bir eyni gündə keçiriləcək.

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ