Argentina prezidenti Maurisio Makri ürək aritmiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
7News.az `RİA Novosti`yə istinadən xəbər verir ki, hazırda Makri paytaxt Buenos-Ayresin “Clinica de Olivos” xəstəxanasındadır.
Onun həyatının təhlükədə olmadığı bildirilir.
Qeyd edək ki, ötən gün rəsmi mənbələr prezidentin səhhətində problem yaranması barədə yayılan məlumatları təkzib etmişdilər.








