RU
Prezidentdən çoxmənzilli binalarla bağlı - Sərəncam
18:29
674

Prezidentdən çoxmənzilli binalarla bağlı - Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

7news.Az xəbər verir ki, sərəncamda deyilir:

"1. Mingəçevir şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və təmir işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mingəçevir Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ