RU
Prezidentdən TƏBİB-lə bağlı - Sərəncam
14:12
58

Prezidentdən TƏBİB-lə bağlı - Sərəncam

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi təsdiqlənib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib: Müşahidə Şurasının sədri Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Müşahidə Şurasının üzvləri: Maliyyə nazirinin müavini Səhiyyə nazirinin müavini Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri. Qeyd edək ki, bundan əvvəl Müşahidə Şurasının sədri vəzifəsini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri icra edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ