RU
Prezidentdən yeni icra başçısı
14:42
1626

Prezidentdən yeni icra başçısı

Prezident İlham Əliyev daha bir icra başçısı ilə bağlı sərəncam imzalayıb.

7News.Az xəbər verir ki, sərəncama əsasən Qazaxın icra başçısı Ayaz Əsgərov vəzifəsindən azad edilib. 

Dövlət başçısının digər sərəncamı ilə o, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bundan başqa prezident Rəcəb Abas oğlu Babaşovu Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edib. 

Qeyd edək ki, Ayaz Əsgərov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri Arif Əsgərovun qardaşıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ