Kolumbiya prezidenti Xuan Manuel Santos "Nobel” mükafatına layiq görülüb.
7news.Az "Reuters”ə istinadən xəbər verir ki, prezident 2016-cı ildə ölkədə uzun illərdir davam edən, 220 min insanın ölümü və təxminən 6 milyon sakinin mühacirət etməsinə səbəb olan vətəndaş müharibəsinə son qoyduğuna görə mükafatlandırılıb.
X. M. Santos Osloda keçirilən mərasimdə qızıl medal, diplom və 870 min dollar dəyərində qəbz əldə edib.
7news.Az








