Maldiv Respublikası Prezidenti Yamən Əbdül Qayuma qarşı sui-qəsdi prezident köməkçisi Əhməd Adibinin hazırladığı məlum olub.
Əhməd Adib Çin səfərindən geri qayıdarkən aeroportda nəzarətə götürülüb.
Ə.Adibin sui-qəsddə əlinin olması ABŞ, Səudiyyə Ərəbistanı və Şri-Lankanın dəstəyi ilə davam etdirilən istintaq nəticəsində müəyyən edilib.
Xatırladaq ki, bu il sentyabrın 28-də prezident Səudiyyə Ərəbistanından Həcc ziyarətindən qayıdarkən gəmisində baş verən partlayışdan xəsarət almadan xilas olmuşdu, həyat yoldaşı isə yüngül yaralanmışdı. O zaman mətbuata açıqlama verən Adib sui-qəsdlə əlaqəsi olması iddialarını rədd etmişdi./milli
7news.az








