RU
Prezidentin bu sərəncamı təhsilin gələcəyinə hesablanıb
15:36
489

Prezidentin bu sərəncamı təhsilin gələcəyinə hesablanıb

“Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bağlı fikirlərini bölüşən TUMİB-in sədri Çingiz Bayramov Azərbaycanda bütün istiqamətlərdə olduğu kimi, təhsil istiqamətində də atılan addımların dayanıqlı və davamlı inkişafa hesablandığını dedi: “Prezidentimiz tərəfindən imzalanmış Sərəncam bir daha gösterir ki, Dövlətimizin elimə və təhsilə nə qədər önəm verir. Təhsilin inkişafına verilən bu yüksək dəstək bir daha göstərdi ki, Azərbaycanın rəhbəri hər sahənin inkişafı ilə bağlı xüsusi diqqəti və ardıcıl siyasəti var. Prezidentin bu sərəncamı təhsilin gələcəyinə hesablanıb. Tam əminliklə qeyd edə bilərik ki, təhsil sahəsində aparılan bu islahatlar gənclərin səmərəli əmək fəaliyyətinə hazırlanmasına, rəqabət qabiliyyətli kadrlar formalaşdırılmasına və müasir həyatda ölkənin dayaq nöqtəsi olan müasir təfəkkürlu gənclərin inkişafına hesablanmışdır”

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ