RU
Prezidentin köməkçisi: “Erməni millət vəkili Azərbaycana qarşı terrora çağırış edir” - FOTO
21:30
1889

Prezidentin köməkçisi: “Erməni millət vəkili Azərbaycana qarşı terrora çağırış edir” - FOTO

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev erməni millət vəkili Naira Zoqrabyanın terrora çağırış etdiyini bildirib.

Bu barədə Hikmət Hacıyev "Twitter” hesabında yazıb.

 

"Ermənistan parlamentinin "Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zoqrabyan. Həmçinin Avropa Şurası və qurumun Parlament Assambleyasında təmsil olunur. Mingəçevir su anbarını vurmaqla Azərbaycana qarşı terrora və müharibə cinayətlərinə çağırış edir. Bu cür düşünən siyasətçi AŞPA-dakı mandatından məhrum edilməlidir. Biz bunu qınayırıq”, - deyə H.Hacıyev qeyd edib.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ