`YouTube` sosial şəbəkəsində Qırğızıstan prezidenti Almazbek Atambayev tərəfindən yazılan mahnının ilk video klipi yayımlanıb.
7news.Az`RİA Novosti`yə istinadən xəbər verir ki, prezidentin sözlərinə görə, `Talehin acığına` adlanan mahnı onun həyat devizinə çevrilən musiqilərdəndir.
Video rejissor Melis Ubukeevin “Əyalət romanı” filminin motivləri əsasında yaradılıb.
7news.Az








