RU
Prezidentin xüsusi nümayəndəsi: “Zəngilanın qısa müddət ərzində regional mərkəzə çevriləcəyinə əminik”
22:10
283

Prezidentin xüsusi nümayəndəsi: “Zəngilanın qısa müddət ərzində regional mərkəzə çevriləcəyinə əminik”

"Zəngilan şəhərinin qısa müddət ərzində regional mərkəzə çevriləcəyinə əminik”.

Bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev  tviter hesabında yazıb.

"Bu gün Ümumdünya Şəhərlər Günüdür. İşğal dövründə tamamilə dağıdılmış Zəngilan şəhərinin qısa müddət ərzində dayanıqlı əsaslarla yenidən qurulacağına, proqressiv innovasiyalarla regional mərkəzə çevriləcəyinə əminik. Artıq bu sahədə bir çox iş başladılıb", - paylaşımda deyilir./report

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ