“Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin iyun ayında görüşünün təşkili qərara alınıb. Görüşün nə vaxt və harada keçirilməsi barədə tərəflər özləri razılığa gəlməlidir”.
7News.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova deyib.
“Bundan sonra görüşün tarixi, yeri, müzakirə olunacaq məsələlər barədə məlumat veriləcək”-deyə o, əlavə edib.








