RU
Prezidentlər Parisdə və ABŞ-da görüşəcəklər
11:00
1139

Prezidentlər Parisdə və ABŞ-da görüşəcəklər

Azərbaycan və Ermənistan prezidentləri Serj Sarkisyan və İlham Əliyevin növbəti görüşü Parisdə keçiriləcək.

7News.Az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Bildirilib ki, prezidentlər Parisdən sonra ABŞ-da da görüşə bilərlər. 

KİV-in xəbərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-sədri olan Almaniya belə görüşün təşkili istiqamətində işlərə başlayıb. 

“Məlumatda qeyd olunur ki, Azərbaycan-Ermənistan prezidentləri avqustda Parisdə, sentyabr-oktyabr aylarında isə ABŞ-da görüşə bilərlər”, - deyə Ermənistan XİN-indən olan mənbə bildirib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ