ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə görüşünün uğurlu olacağına ümid edir.
Bunu Bakıda jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib: “Cәnab Uorlik vә digәr hәmsәdrlәr bu il әrzindә prezidentlәri bir araya gәtirmәk vә münaqişәnin hәllindә irәlilәyiş әldә etmәk üçün sәylәrini artırıblar”.
Dekabrda baş tutması gözlənilən görüşü sərh edən səfir qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində irəliləyiş olması üçün səylə çalışırlar./trend
7news.az








