RU
Prezidentlərin görüşündən öncə qarşıdurma
11:39
490

Prezidentlərin görüşündən öncə qarşıdurma

Parisin Respublika meydanında qarşıdurma ilə nəticələnən etiraz aksiyaları nəticəsində 317 nəfər həbs olunub.

“Nümayiş zamanı asayişin təmin olunması məqsədilə 317 nəfər saxlanılıb və onlar müvəqqəti olaraq həb olunub”, - deyə Paris rayon prefekturasının bəyanatında bildirilir.

Məsələyə Fransa DİN rəhbəri Bernar Kaznev münasibət bildirib: “Ətraf mühit tərəfdarlarının keçirdiyi nümayişin sonunda ekstremistlər polislərə daş, plastik qablar və hətta noyabrın 13-ü terror aktları nəticəsində ölənlərin xatirəsinə qoyulan şamlarla dolu qabları atmağa başlayıblar. Bu cür hərəkətlər terror qurbanlarına qarşı hötmətsizlikdir və qəti şəkildə pislənməlidir”.

Xatırladaq ki, BMT-noyabrın 30-dan dekabrın 11-dək Parisdə iqlim dəyişikliyi ilə bağlı xüsusi konfrans keçirəcək. Tədbirə dünyanın əksər ölkələrinin prezidenti qatılacaq. Konfransa Azərbaycan prezidenti İlham Əliyevin də qatılacağı da gözlənilir./azvision

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ