RU
Prezidentlərin təkbətək görüşü
20:18
401

Prezidentlərin təkbətək görüşü

Tbilisidə rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin təkbətək görüşü olub.

Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycan Prezidentinin Gürcüstana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi vurğulanıb. Ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı beynəlxalq, ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

7news.az

 

Prezidentlərin təkbətək görüşü - Foto
Prezidentlərin təkbətək görüşü - Foto

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ