RU
Prezidentlik üçün 70 yaş senzi ləğv edildi
11:22
593

Prezidentlik üçün 70 yaş senzi ləğv edildi

Türkmənistanda prezident seçilmək üçün nəzərdə tutulan yaş senzi ləğv edilib.


7News.Az `RİA "Novosti`yə istinadən xəbər verir ki, Türkmənistanda prezidentlik müddəti də 5 ildən 7 ilə qaldırılıb. 

Parlament yeni Konstitusiyanı sentyabrın 13-də yekdilliklə qəbul edib. Prezident Qurbanqulu Berdımuhəmmədov dərhal qanunu imzalayıb və sənəd qüvvəyə minib.

2008-ci ildə qəbul edilmiş köhnə Konstitusiyaya görə Türkmənistanda doğulmuş, bu ölkənin vətəndaşı olan, yaşı 40-dan 70-ə qədər şəxslər prezident seçilə bilərdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ