7NEWS.az xəbər verir ki, şəkillərdə Priqojinin Vaqner qoşunlarının yerləşdiyi Mərkəzi Afrika Respublikasının paytaxtı Banqi olduğu düşünülən ərazidə insanlarla selfi çəkdirdiyi görünür. Xüsusilə Ukrayna müharibəsi zamanı hərbi geyimdə kameralar qarşısına keçən Priqojin fotolarda mülki geyimdə görünür. Sözügedən fotoların Priqojinin ölməzdən əvvəl yayımladığı son videosundan əvvəl çəkildiyi güman edilir.
7NEWS.az








