RU
Priqojina qarşı cinayət işi dayandırılıb
16:14
24

Priqojina qarşı cinayət işi dayandırılıb


Rusiyada hərbi idarəçiliyə qarşı silahlı üsyanı ilə gündəmə gələn Vaqnerin qurucusu və rəhbəri Yevgeni Priqojina qarşı cinayət işinə xitam verilib. 

7NEWS.az xəbər verir ki, Rusiyada hərbi idarəçiliyə qarşı üsyan edən Vaqner özəl mühafizə şirkətinin yaradıcısı və rəhbəri Yevgeni Priqojina qarşı cinayət işinə xitam verilib. Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Vaqner hərbiləşdirilmiş qruplaşmasına qarşı işə xitam veriləcəyini açıqlayıb. Qısa müddət sonra dövlətə məxsus RİA Novosti FSB-nin "silahlı üsyanla bağlı işi bu gün (27 iyun) bağladığını” bildirdi.  

FSB-nin mətbuat xidmətinin açıqlamasında bildirilir ki, silahlı qiyamda iştirak edənlər iyunun 24-də cinayət əməllərindən əl çəkiblər. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ