7NEWS.az xəbər verir ki, Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) verdiyi açıqlamada "Proqres-MS-24” yük gəmisini daşıyan "Soyuz-2.1a” raketinin yerli vaxtla saat 04:08-də Qazaxıstanın Baykonur Kosmodromundan uğurla buraxıldığı bildirilib. Təxminən 1535 kiloqram avadanlıq, 500 kiloqram yanacaq, 420 litr içməli su, eksperimental qurğular, qida, geyim və tibbi ləvazimatlardan ibarət təxminən 2,5 ton yük daşıyan kosmik gəminin Beynəlxalq Kosmik Stansiyaya 2 gün sonra çatması gözlənilir.
7NEWS.az








