RU
Prokuror arvadını və baldızı qızını qətlə yetirən şəxsə ömürlük cəza istəyib
19:20
406

Prokuror arvadını və baldızı qızını qətlə yetirən şəxsə ömürlük cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını və baldızı qızını qətlə yetirməkdə təqsirli bilinən Qurban Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə prosesdə prokuror çıxış edib. O, Q. Hüseynovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Proses oktyabrın 5-də davam etdiriləcək.

Qeyd edək ki, qətl bu il martın 3-də Abşeron rayonu Saray qəsəbəsində baş verib. Qurban Hüseynov şəxsi münasibətlərinin pozulması zəminində həyat yoldaşı, 54 yaşlı Hüseynova Fəraiz Zakir qızını küt alətlə qətlə yetirib.

Q.Hüseynov evdə olan baldızı qızı 18 yaşlı Rəhilə Əsgər qızını da öldürüb. Xalasının himayəsində yaşayan Rəhilənin hadisədən iki gün öncə nişan mərasimi olub.

Q.Hüseynov hər iki qətli qantellə törədib.

Hadisədən sonra qətli törədən Qurban Hüseynov Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Q. Hüseynov "N brothers” musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atasıdır/apa
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ