Prokuror Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Saməddin Həsənovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
7NEWS.Az xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Məhkəmənin növbəti iclası dekabrın 29-na təyin edlib.
Qeyd edək ki, hadisə bu ilin martında Xəzər rayonu Binə qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü S.Həsənov qısqanclıq zəminində aralarında yaranan münaqişə zamanı həyat yoldaşı 1995-ci il təvəllüdlü Ülviyyə Həsənovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qətlə yetirib.
S.Həsənova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
7NEWS.Az







