RU
Prokurorluq Ağdamdakı mina partlayışı ilə bağlı məlumat yaydı
11:50
215

Prokurorluq Ağdamdakı mina partlayışı ilə bağlı məlumat yaydı

Prokurorluq Ağdamdakı mina partlayışı ilə bağlı məlumat yayıb.

Rayon prokurorluğundan 7News.Az-a daxil olan məlumatda deyilir:

"21 sentyabr 2021-ci il tarixdə saat 01 radələrində Ağdam rayonunun Qərvənd kəndi ərazisində təmir işləri aparan zaman "Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskovator yükləyici traktor ilə sürücü 1972-ci il təvəllüdlü Zəfər Ağayev tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alıb.


Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ