RU
Prokurorluq içiləri Fəxri və Şəhidlər xiyabanında - FOTOLAR
10:49
705

Prokurorluq içiləri Fəxri və Şəhidlər xiyabanında - FOTOLAR

Bu gün prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə Baş Prokurorluğunun əməkdaşları 1 oktyabr – prokurorluq işçilərinin peşə bayramı günü və milli prokurorluğunun yaradılmasının 98-ci ildönümü münasibəti ilə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər, məzarı önünə əklil qoyublar.


7News.az xəbər verir ki, daha sonra prokurorluq işçiləri görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anıb, məzarı üzərinə tər çiçəklər düzüblər.

 

Baş prokuror Zakir Qaralov və prokurorluq əməkdaşları eyni zamanda Şəhidlər Xiyabanına gəlib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda canlarından keçən qəhramanları yad ediblər, "Əbədi Məşəl" abidəsinin öünüə əklil qoyublar.

 

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən, hər il bu tarix prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ