RU
Prokurorun dostunu öldürən gəncə qarşı protesti təmin olunmayıb
14:00
1069

Prokurorun dostunu öldürən gəncə qarşı protesti təmin olunmayıb

Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Zamin Məcidlinin (1994-cü il təv.) CM-nin 122-ci (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

7news.az xəbər verir ki, ötən il iyulun 12-də Bakının Sabunçu RPİ 13-cü polis bölməsinin əməmkdaşları Bakıxanov qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı meşəlik ərazidə, zorakılıq əlamətləri ilə Səlyan şəhər sakini, 20 yaşlı Nurlan Xudiyevin meyitini aşkar ediblər. Mərhumu müayinə edən ekspert cavan oğlanın döş qəfəsində bıçaq xəsarətləri olmasını müəyyən edib. RPİ və prokurorluq əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin açılması və törədilməsində şübhəli bilinən şəxsin tutularaq, məsuliyyətə cəlb olunması təmin edilib. Ayın 19-da mərhumla dostluq münasibətlərində olan Bakı ş. sakini, Zamin Məcidli tutulub, onun barəsində CM-nin 120.1-ci (qəsdən adamö öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Dindirmə zamanı saxlanılan şəxs mərhumla birlikdə hərbi xidmətdə olduğunu, hərbidən sonra isə ara bir şəhərdə görüşdüklərini bildirib. Aralarında münaqişə şəxsi münasibətlərin zəmnində baş verib. Məcidlinin sözlərinə görə, Nurlan onu ağır söyüşlərlə təhqir edib, bu səbəbdən o məişət-təsərrüfat təyinatlı bıçağla dostunun ürəyinə zərbələr endirib, sonra isə hadisə yerindən qaçıb. Həmin axşam o kəsici aləti yaşadığı evin həyətində basdırıb.

Zamin Məcidli ittiham üzrə özünü qismən təqsirli bilib.

Məhkəmə baxışı zamanı təkrar vəsatətlər əsasında iş üzrə yenidən məhkəmə-psixiatriya ekspertizası təyin edilib. Eksper rəyinə əsasən təqsirləndirilən şəxs cinayəti affekt vəziyyətində törədib. Bu səbəbdən məhkəmə Z.Məcidlinin əməlini CM-nin 120.1-ci maddəsindən 122.1-ci (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 3 il müddətinə azadlıqdan məhrum etmə cəzaslna məhkum olunub. Zamin Məcidlinin məhkum edilməsinə dair dövlət ittihamçısı apellyasiya protesti verib.

Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq prokurorun protestini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ