Proqnozları ilə dünyada məşhur olan astrofizik Stefan Havkinq dünyanın aqibəti haqqında sualları cavablandırıb.
7News.az xəbər verir ki, o, dünyanın özü-özünü yox etmək təhlükəsi qarşısında olduğunu bildirib.

Buna görə insanları xəbərdar edən Havkinq dünyanı gələn 100 ildə tərk etməyə çağırıb.
BBC-nin sənədli filmində çəkilən astrofizik insanlığın dünyadakı zamanının getdikcə azaldığını deyib. İqlim dəyişikliyi, asteroid düşməsi, yoluxucu xəstəliklər və əhali sayının getdikcə artması insanlığı məhz edəcək əsas səbəblər sırasında göstərilir.

Filmdə Havkinq və keçmiş tələbəsi Hafard dünyanın gələcəyi ilə bağlı fikir mübadiləsi də aparıb.

Qeyd edək ki, 75 yaşlı Havkinq texnologiyanın sürətli inkişafının insanlığı təhlükə altına almasından narahatlığını dəfələrlə vurğulayıb. //cebhe.info
7News.az







