"Bugün dünyada baş verən geosiyasi qarşıdurmalar birmənalı şəkildə 3-cü dünya müharibəsi üçün zəmin yaradır”. Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyev bildiib ki, proseslər çox gərgin və nizamsız şəkildə cərəyan edir: "Əslində isə böyük güclər öz ssenariləri üzrə prosesi davam etdirirlər. Görünən odur ki, Yaxın Şərqin viran edilməsindən sonra növbəti hədəf kimi İspaniyanın seçilməsi təsadüfi deyil. Yay aylarında həyata keçirilən terror hadisələrinin böyük bir qisminin hədəfi ölkələrin turizm potensialını minimuma endirməkdir. Terrorun milləti, dini, dili olmur. Harada olmasından asılı olmayaraq hır birimiz terroru lənətləməliyik”.
7news.az








