RU
11:17
1184

"Psixo-Yol" layihəsinin təlimləri baş tutub

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən 7-ci qrant müsabiqəsində maliyyələşdirilən "Psixo-Yol" layihəsi çərçivəsində Era Tam Orta Ümumtəhsil Məktəbində, Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında və Fizika-riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyində təlimlər baş tutub. 

Təlimə layihə rəhbəri Güllü Eldarzadə layihə haqqında geniş məlumat verməklə başlayıb və şagirdləri təlimin planı ilə tanış edib.

Daha sonra təlimçi psixoloq-konsultant Günel Alızadə slaydlar və maraqlı video-çarxlar vasitəsilə əsas zərərli vərdişlər, onların növləri, insan sağlamlığı və psixologiyasında yaratdığı problemlər, zərərli vərdişlərlə mübarizə üsulları haqqında maarifləndirici təlim keçib. Təlim ərzində praktiki oyunlara üstünlük verilmiş, eyni zamanda şagirdlər tərəfindən zərərli vərdişlər səbəbilə yaranan ailə münaqişəsini canlandırıb, psixoloq məsləhətinin və müdaxiləsinin əhəmiyyətini bu kiçik səhnə vasitəsilə ifadə edib.

Təlimlərin sonun şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb, onların təlimlə bağlı irad və təklifləri dinlənilib.

Qeyd edək ki, Gənclər Fondu tərəfindən maliyyələşdirilən "Psixo-Yol" layihəsi Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilir və layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında zərərli vərdişlərlə mübarizə sahəsində maarifləndirmə işlərinin aparılmasıdır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ