Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.
7News.az-ın məlumatına görə, keçiriləcək iki oyunla 1/4 finala yüksələn iki komandanın adı məlum olacaq.
Əsas diqqətlər Parisə yönələcək. Burada PSJ turnirin son qalibi "Real”la üz-üzə gələcək. Madirddə keçirilən ilk görüşdə 1:3 hesabı ilə uduzan Fransa klubu çətin durumdadır.
Günün digər matçında isə "Liverpul” "Portu”nu qəbul edəcək. Portuqaliyada keçirilən ilk oyunda 5 cavabsız qolla qalib gələn İngiltərə təmsilçisi demək olar ki, növbəti mərhələyə vəsiqəni təmin edib.
6 mart
Çempionlar Liqası
1/8 finalın cavab oyunları
23:45. PSJ (Fransa) – "Real” (İspaniya)
İlk oyun – 1:3
23:45. "Liverpul” (İngiltərə) – "Porto” (Portuqaliya)
İlk oyun – 5:0