Azərbaycanda pul bazası bu il noyabrın 1-nə 9 153,3 mln. manat təşkil edib.
7News.Az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının açıqladığı rəqəmlərə əsasən, bu, oktyabrın 1-i ilə müqayisədə 281,8 mln. manat və yaxud 3,18% çoxdur.
İlin əvvəlinə nisbətən pul bazası 610,1 mln. manat və yaxud 7,14%, son bir ildə isə 621,7 mln. manat və yaxud 7,29% artıb.
Qeyd edək ki, pul bazasının ən yüksək həddi 2014-cü ilin sonunda qeydə alınıb: 11 milyard 744 milyon manat. Bundan sonrakı proseslər isə manatın kəskin dəyərsizləşməsi ilə davam etdi və tədricən pul bazası 5 milyarda qədər düşdü. Lakin onu da nəzərə alaq ki, hazırkı 9 milyard səviyyəsi 2014-cü ildəki 11 milyard səviyyəsinə yaxın da hesab edilmir, çünki 2014-cü ildə manatın dollara olan məzənnəsi 0,78 ilə hesablanırdı. Ona görə də indiki 9 milyardlıq həcm Mərkəzi Bankın cilovlamaq imkanı daxilindədir.
Pul bazasının vəziyyəti:
|
Tarix |
Pul bazasının həcmi, mln. AZN |
|
31.10.2018 |
9153.3 |
|
28.09.2018 |
8871.5 |
|
31.08.2018 |
8318.2 |
|
31.07.2018 |
8888.9 |
|
29.06.2018 |
8588.0 |
|
31.05.2018 |
8404.4 |
|
30.04.2018 |
8413.0 |
|
30.03.2018 |
9471.0 |
|
28.02.2018 |
9180.6 |
|
31.01.2018 |
8761.6 |
7News.Az








