Təsəvvür edin evinizin bütün maddi xərclərini dovşanınız ödəyir.
Nə qədər qəribə səslənsə də belə bir dovşan var. Özü də Tokioda. Pui Pui adlı bu heyvan ayda minlərlə dollar gəlir gətirir. Hər şey dovşanın sahibəsinin öz sevimli heyvanına paltar geyindirərək şəkillərini sosial şəbəkələrdə paylaşmasından başlayıb.Dovşan qısa müddət ərzində internetin ən sevilən simasına çevrilib. 24 min izləyicisi olan dovşan hətta ən məşhur geyim brendlərinin də diqqətini öz üzərinə çəkməyə bacarıb.Hazırda Pui Puinin həmin brendlərin geyim və aksessuarları ilə çəkilmiş fotoları sosial şəbəkələrdə yerləşdirilir. Hər fotoya görə heyvana yüzlərlə dollar ödənilir.








