Nigeriyada "Boko Haram” terror təşkilatından qaçaraq düşərgələrə sığınan onlarla xanım cinsi zorakılığa məruz qalıb.
7News.az-ın məlumatına görə, aralarında yeniyetmələrin də olduğu xanımlar polisə şikayət edib. Məlum olub ki, düşərgədəki nəzarətçilər və digər məsul şəxslər qızlardan bir neçəsinə narkotik vasitələr verərək, onları zorlayıb.
Qida tapmaqda çətinlik çəkən bəzi qızlar isə yemək qarşılığında cinsi əlaqəyə girməyə razılıq verib. Bəzi qadınlar da pul və evlilik vədləri qarşılığında aldadılıb.
Bildirilir ki, cinayətin üstünün açılmaması üçün hamilə qalan qızlar düşərgədən qovulub. Bəzi hallarda isə cinayətkarların özləri izlərini itirmək üçün fəaliyyətlərini digər düşərgələrdə davam etdirib.
Faktla bağlı düşərgələrdə geniş araşdırmalara başlanılıb.











