RU
Pul, yoxsa seks? - HEYRƏTAMİZ FAKTLAR
17:41
3290

Pul, yoxsa seks? - HEYRƏTAMİZ FAKTLAR

Pul - müasir dövrdə hamının maddi, sosial və mədəni maraqlarını əhatə edən vasitədir. Pul vasitəsilə insanlar, xalqlar, ölkələr arasında iqtisadi və mədəni münasibətlər həyata keçirilir.

Tarixi mənbələr göstərir ki, pul insan cəmiyyətinin yaranması ilə bir vaxtda meydana gəlməyib. Milyon ildən artıq tarixi olan bəşər cəmiyyətində pul təxminən 6-8 min ildir ki, fəaliyyətdədir. Bunu da xatırlamaq lazımdır ki, pulun əmtəə olmasını heç kim ixtira etməyib. O, əmtəə mübadiləsinin tarixi inkişaf prosesində təbii və qanunauyğun hadisə, habelə bir iqtisadi vasitə kimi meydana çıxıb. Lakin çox qədim dövrlərdə pul əvəzinə, balıq qulağından, həmçinin qiymətli metallara qədər müxtəlif mallardan mübadilə vasitələri kimi istifadə olunub.

ABŞ dollarının 97 faizində kokain izi var.

İlk kredit kartı pul kisəsini evdə unutduğu üçün restoranda hesabı ödəməyən bir adamın sayəsində icad edilib.

Amerikanın borcu bazarda olan ABŞ dollarından 10 qat daha çoxdur.

Dünya bazarlarındakı ABŞ dollarlarının və xırda pullarının ümumi dəyəri 1,2 trilyon dollardır.

ABŞ dollarlarının 66 faizi Amerika xaricindədir.

Dünyanın ilk kağız pulu 1400 il əvvəl Çində istifadə edilməyə başlanılıb.

Cibinizdə 10 dollar varsa və heç bir borcunuz yoxdursa, amerikaliların 25 faizindən daha zəngin sayılırsınız.

Araşdırmalara görə, tətil, səyahət kimi fəaliyyətlərə ayrılan pul hər hansı bir əşya almaqdan daha çox xoşbəxtlik gətirir.

Dünyada 75 trilyon dollar var. Bu vəsait dünyadakı hər kəsə paylansa, adambaşına təxminən 11 min dollar düşür.

Dünyanın ən bahalı tikilisi Beynəlxalq Kosmos Stansiyasıdır. Bu binanın tikintisi 150 milyard dollara başa gəlib.

"Mc Donalds” şirkəti gündə 75 milyon dollar qazanır.

"Apple” dəqiqədə 300 min dollar qazanır.

ABŞ dollarının istehsalı üçün istifadə olunan kağızın tərkibinə 75 faizi pambıq və 25 faizi kətan daxildir. Əsginas 4 000 dəfə qatlanmağa tab gətirməlidir.

2005-ci ildə amerikalıların cins şalvara xərclədikləri pulun miqdarının 15 milyard dollar olduğu ortaya çıxıb.

Amerikalıların 2011-ci ildə ev heyvanlarına xərclədikləri pulun miqdarı isə 61,4 milyard dollar olub.

Hazırda yüz dollar ən böyük məbləğli kupyuradır. Ancaq əvvəllər $500, $1000, $5000 və $10000 banknotlar mövcud olub, lakin 1969-cu ildə onlara ehtiyac olmadığına görə çap edilməsi dayandırılıb. Axırıncı dəfə belə banknotlar 1945-ci ildə buraxılıb. Bu banknotlardan bəziləri hələ də mövcuddur və ödənişin qanuni vasitəsidir. Onların çox hissəsi kolleksiyaçıların əlindədir.

Bill Qeyts gündə 1 milyon dollar xərcləsə, bütün sərvətinin sonuna çıxması üçün 218 il yaşamalıdır.

Araşdırmalara görə, başqalarına pul xərcləmək insanı daha çox xoşbəxt edir.

Amerikaliların qazanclarının 34,5 faizi borcları ödəməyə və kredit kartlarına gedir.

Kağız pul üzərində 2 həftəyə qədər qrip virusu daşıya bilir.

100 dollarlıq əsginasın istifadə müddəti 89 ay hesab edilir.

İlk ABŞ prezidenti Corc Vaşinqtonun həyat yoldaşı Marta Vaşinqton ABŞ valyutasının (1 dollarlıq gümüş sikkə) üzərində təsvir edilmiş yeganə qadındır. Yeri gəlmişkən, Corc Vaşinqtonun rəsmi isə 1 dollarlıq kağız əsginasının üzərində təsvir edilib.

Boşanmalara gətirib çıxaran mübahisələrin ən böyük səbəbi pul, yəni maddi durumun pis olmasıdır.

Bir banknotun təqribi çəkisi onun dəyərindən asılı olmayaraq 1 qramdır.

Kolumbiyalı narkotik baronu Pablo Eskobar bir vaxt gündə təxminən 500 milyon dollar qazanırdı. O, yalnız yüz dollarlıq əsginasları bantla bağlamaq üçün 1000 dollarlıq plastik lent alıb. O, bütün pullarını bir anbarda saxlayırdı. Anbarda saxlanan pulun bir milyard dolları siçanlar tərəfindən yeyilmişdi. Baronun pulu o qədər çox idi ki, onlar bunun pullar yalnız istifadəyə yararsız hala gələndə fərqində olmuşdular. Bu miqdar siçanlar tərəfindən yeyilən ən bahalı yemək kimi tarixə düşüb.

"Business Insider” şirkətinin apardığı başqa bir araşdırmanın nəticəsində məlum olub ki, insanlar pul haqqında seksdən daha çox fantaziya qurur. Yəni, insanların yuxu və xəyallarını sevdiyi insan və ya hər hansı duyğu deyil, birbaşa pul bəzəyir. Hətta pul şəkilləri görəndə istər-istəməz ürəyimizdən "Kaş bu pullar mənim olardı...” deyirik.

Yaradıcı insanlar isə başqa cür düşünür. Məsələn, Bob Marleyin ölümündən əvvəl dediyi son sözləri belə olub: "Pul həyatı ala bilməz”.//publika.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ