RU
Pula görə Quranı yandırmışdı, həbs edildi
14:50
46

Pula görə Quranı yandırmışdı, həbs edildi

Rusiyanın Volqoqrad şəhərində məsciddə Qurani- Kərimi yandırmaqda ittiham edilən Nikita Juravelə hökm oxunub.

7News.Az TASS-a istinadən xəbər verir ki, Qroznı şəhərinin Visaitovski Rayon Məhkəməsinin qərarı ilə o, 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

N. Juravel cəzasını ümumi rejimli koloniyada çəkəcək.

Xatırladaq ki, o, 2023-cü ilin mayında məscidin fonunda Quranı yandırdığına görə saxlanılmışdı. Dindirilmə zamanı bunu Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə pula görə etdiyini iddia etmişdi.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ