Rusiya prezidenti Vladimir Putin 18-30 yaş arası 150 min Rusiya vətəndaşının yaz mövsümü üçün məcburi hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb.
7NEWS.az xəbər verir ki, Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Moskva ordusu öz işini davam etdirir. Kremldən verilən açıqlamada, Rusiya prezidenti Vladimir Putinin 18-30 yaş arası 150 min Rusiya vətəndaşının yaz dövrü üçün məcburi hərbi xidmətə çağırılması ilə bağlı fərmanı imzaladığı bildirilib.
7NEWS.az








