RU
Putin 2015-ci ildə ABŞ-a
02:39
278

Putin 2015-ci ildə ABŞ-a "dayan" dedi

Rusiya 2003-cü ildən bəri ABŞ tərəfindən Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrikada yaradılan xaosu səbirlə izlədi. Lakin 2015-ci ildə Rusiya Prezidenti Vladimir Putin ABŞ-a “dayan” dedi.

7news.az xəbər verir ki, bu sözləri amerikalı jurnalist Robert Bric qələmə aldığı məqalədə qeyd edib.

“Siyasətçilərin Tvitter hesabından bir-biri ilə əlaqə qurduğu zaman da rəsmi Moskvanın Suriyadakı xüsusi əməliyyatla bağlı amerikalı həmkarlarına məlumat vermə üsulu keçmiş zamanları xatırladır. Rəsmi Vaşinqton iddia edir ki, Rusiyanın Suriya ilə bağlı planlarını ilk dəfə rus generalın ABŞ-ın İraqdakı səfirliyinə ziyarəti zamanı öyrənib. Bir saat sonra Rusiya rəsmi Dəməşqin dəstəyi ilə İŞİD-ə qarşı geniş əməliyyatlara başlayaraq dünyanı heyrətə gətirdi. Bir gün əvvəl isə Putin BMT-də “İŞİD birdən-birə yaranmadı. Ondan arzu olunmayan rejimlərə qarşı silah kimi istifadə etdilər” söylədi", - Bric qeyd edib.

Yazar onu da əlavə edib ki, amerikalı siyasətçilərin yaratdığı terrorçular "yox etdiklərindən" çox olub:

“Amerikalı siyasətçilərin daha çox terrorçular yetişdirməsi təəccüblü deyil. İstənilməyən hökumətlərə qarşı bu terrorçulardan istifadə etdilər. Rusiya bu vəhşiliyin geniş arealda yayılacağını anladı”.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ