RU
Putin 9 yaşlı leykoz xəstəsiylə xizəkdə sürüşdü - Video
12:40
126

Putin 9 yaşlı leykoz xəstəsiylə xizəkdə sürüşdü - Video

Rusiya Prezidenti Vladimir Putin Çelyabinsk şəhərindən olan doqquz yaşlı oğlanın arzusunu yerinə yetirib. 

7News.Az xəbər verir ki, leykoz xəstəsi olan Dima Oşepkin bu yaxınlarda "Arzular yolkası” adlı aksiyada Qırmızı Meydanda xizəkdə sürüşməyi arzulayıb.

Vladimir Putin öz növbəsində onun arzusunu gerçəkləşdirməyə söz verib:

"Asanlıqla edərik. Birlikdə sürüşərik.Hesab et ki, artıq yoldasan”.


 
Beləliklə, Dimanın arzusu gerçəkləşib. Dima və Rusiya Prezidenti birlikdə buz üstünə çıxıblar.
 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ